Çernobıldakı “mavi itlər”in sirri açıldı
9 Dekabr 2025 07:47 HadisəÇernobıl zonasından yayılan və sosial şəbəkələrdə "mutant itlər" kimi təqdim edilən mavi rəngli heyvanlarla bağlı həqiqət ortaya çıxıb.
ABŞ-bioloqu, professor Timoti Musso Fox News-a açıqlamasında bildirib ki, itlərin qeyri-adi rəngi radioaktivliklə bağlı deyil.
Musavat.com-un məlumatına görə, Musso izah edib ki, küçə itləri sadəcə olaraq portativ biotualetlərdə istifadə olunan rəngləyici maddəyə bulaşıb. Zibilxanalarda, palçıq və müxtəlif tullantıların arasında gəzən heyvanlarda belə rəng dəyişimi "adi, məişət səviyyəli boyanma"dır və heç bir mutasiya və ya təbii uyğunlaşma ilə əlaqəsi yoxdur.
Xatırladaq ki, payız aylarında Çernobılın səfhə bölgəsindən yayılan mavi tüklü itlərin fotoları geniş müzakirələrə səbəb olmuş, onların guya "radiasiya nəticəsində dəyişdiyi" barədə iddialar səsləndirilmişdi.