Masallıda yük maşını ilə mikroavtobus toqquşdu - Bir ölü, 16 yaralı
25 Dekabr 2023 11:11 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Olaylar.az-a bildirilib ki, dekabrın 25-də saat 8 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi 60BL168 dövlət nömrə nişanlı "ZİL" markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi 42CG866 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobillə toqquşub.
Nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb, həmin avtomobilin sürücüsü və 15 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.