Azərbaycanda qadın keysəriyyə əməliyyatından sonra öldü

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Baş Prokurorluq İsmayıllıda ana ölümü ilə bağlı məılumat yayıb.

Qurumdan Olaylar.az-a bildirilib ki, dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə keysəriyyə əməliyyatı olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31