Gəncədə güclü külək nəticəsində binanın dam örtüyü uçub
23 Dekabr 2023 21:28 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Güclü külək Gəncədə doqquz mərtəbəli yaşayış binasının dam örtüyünü uçurub.
Olaylar.az trend-ə istinadən bildirir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Nəticədə bir neçə avtomobilə ziyan dəyib.
Bundan başqa, şəhərin digər ərazilərində bir neçə ağac avtomobilərin üzərinə aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31