Qanunsuz olaraq qarışıq suxurların daşınması faktı aşkarlandı
23 Dekabr 2023 14:55 HadisəŞəmkir rayonunun Təzəkənd kəndi ərazisində "KamAZ" markalı yük avtomobili ilə qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxurların daşınması aşkarlanıb.
Bu barədə Olaylar.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qeyd olunub ki, fakt Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən təbiəti mühafizə və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirilən tədbirlər nəticəsində üzə çıxıb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31