Qaydaları pozdu, polisin tələbinə tabe olmadı - Həbs edildi - FOTO
20 Dekabr 2023 19:50 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Avtomobilində konstruksiya dəyişikliyi edərək, yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü həbs olunub.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, Salyan rayonu ərazisində "VAZ-2107" markalı avtomobilə konstruksiya dəyişikliyi edərək, yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılıb.
Qeyd edilib ki, rayonun Arbatan kənd sakini N.Babayevə idarə etdiyi nəqliyyat vasitəsində qeyd olunan qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib.
Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində inzibati qaydada tədbirlər görülən zaman isə sonuncu buna maneəçilik yaradaraq, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb.
N.Babayev barəsində Salyan Rayon Polis Şöbəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə sonuncu 10 sutka inzibati qaydada həbs edilib.



