Bakı metrosunda dəhşət - Ölən var

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Saat 6:30 radələrində Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyasında 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb.

Bu barədə Olaylar.az-a Bakı Metropoliteni QSC-dən bildirilib.

Yüksək gərginlik çıxarılıb. Təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar.

Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib. Allah rəhmət eləsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31