Gəncədə idman kompleksində yanğın baş verib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Gəncə şəhərində yanğın olub.

Olaylar.az FHN-ə istinadən xəbər verir ki, idman kompleksinin ərazisində ümumi sahəsi 1000 m² olan üzgüçülük zalının sahəsi 4 m² olan sauna otağının taxta üzlüyü yanıb.

Üzgüçülük zalının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31