Bakıda körpüdəki çökmə aradan qaldırıldı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Bakıda yol ötürücüsü üzərində asfalt-beton örtükdə yaranmış problem aradan qaldırılıb.

Olaylar.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsündə ("Qələbə dairəsi"ndən Ziya Bünyadov prospekti istiqamətində) temperatur şovu üzərində, asfalt-beton örtükdə yaranmış problem aradan qaldırılıb.

Belə ki, qısa müddət ərzində sözügedən hissədə asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunub.

Qeyd edək ki, sözügedən istiqamətdə səhər saatlarında körpüdə çökmə əmələ gəlmişdi.

Bakıda körpüdəki çökmə aradan qaldırıldı (FOTO)

Bakıda körpüdəki çökmə aradan qaldırıldı (FOTO)

Bakıda körpüdəki çökmə aradan qaldırıldı (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31