Xaçmazın bir kəndində sel baş verib, əraziyə texnikalar cəlb olunub

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xaçmaz bir neçə gündür davam edən yağıntılar fəsad törədib. Rayonun Tel kəndində küçələri və həyətləri sel basıb.

Olaylar.az xəbər verir ki, Rayon Fövqəladə Hallar komissiyasından bildirilib ki, Xaçmaz rayonunda yağışın yaratdığı fəsadlar aradan qaldırılır.

"Rayonun Nabran İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinə daxil olan Tel kəndində dörd evin həyatyanı sahəsinə, Şimali kəndində isə bir neçə küçəyə yağış suları dolub.

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə baxış keçirilib, hazırda xüsusi texnikalar vasitəsi ilə fəsadların aradan qaldırılması istiqamətində iş aparılır", - deyə məlumatda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31