Bakı yağışın ağuşunda - Ürəyi gedən qadın, daşan kanalizasiya, batan maşınlar... - VİDEO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Ötən gecədən etibarən müşahidə olunan yağışlı hava paytaxtda bir sıra fəsadlar törədib.

Olaylar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
 
Bildirilib ki, Binəqədi rayon ərazisində yağış suları həm piyadalar, həm də nəqliyyat vasitələri üçün hərəkəti məhdudlaşdırıb.
İddialara görə, eyni zamanda ərazidə kanalizasiya sistemi yararsız vəziyyətə düşüb. Daşan çirkab sular yağış suları ilə qarışıb və ətrafa pis qoxu yayılıb. 

Görüntülərdə orta yaşlı qadının halının pisləşdiyi və yağış sularının dolduğu əraziyə yıxıldığı da əks olunub. (Referans.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31