Dəhşətli qəzada ölən qadının kimliyi müəyyənləşdi - QƏZANIN VİDEOSU

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Dünən saat 11 radələrində Xətai rayonu, 8 Noyabr prospektində yolu keçərkən "KİA" markalı avtomobillə vurulan, nəticədə həyatını itirən qadının şəxsiyyəti müəyyənləşib.

Olaylar.az xəbər verir ki, həmin qadının paytaxt sakini, 1952-ci il təvəllüdlü Əliyeva Lyüdmila Aleksandrovna olması məlum olub.

Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılıb.

Qeyd edək ki, dünən DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hadisənin görüntülərini yayıb. Görüntülərdə Dursunəli İsmayılovun idarə etdiyi avtomobilin piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçən qadını necə vurması əks olunub. (Qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31