Bakıda piyadanı maşın vurub öldürdü - VİDEO
5 Dekabr 2023 15:33 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bu gün günorta saatlarında Xətai rayonu, 8 Noyabr prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, yaxınlıqda, yolun hər iki tərəfində yerüstü piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurub.
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olur ki, bir çox piyadalar bu yolda olan yerüstü piyada keçidlərindən istifadə etməyib həyatlarını təhlükəyə atırlar", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31