Metroda sərnişinlər təcili düşürdüldü - SƏBƏB
20 Oktyabr 2023 20:14 HadisəHəzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarın qapılarından birinə müdaxilə nəticəsində maşinist kabinasında müvafiq işarəvermə sistemi işə düşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Bakı Metropolitenin mətbuat xidmətindən bildirilib.
"Qapıda hər hansısa problem olmadığı müəyyən olunduğu üçün maşinust yoluna davam edib. Lakin yolun növbəti hissəsində təkrarən işarəvermə sistemi işə düşüb.
Sərnişinlər düşürülərək qatar ən yaxın yoxlama məntəqəsi kimi elektrik deposuna göndərilib. Əvəzinə qatar verilib və bu səbəbdən iki qatar arasında mövcud intervaldan əlavə 4 dəqiqə fərq yaranıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31