Bakı şəhərinin Xətai rayonunda dördmərtəbəli tikilinin (restoran kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan generator otağında 0,5 m² sahədə məişət tullantıları və 3 p.m elektrik kabeli yanıb.
Olaylar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31