Ağdamda insan sümükləri aşkarlanıb - FOTO
15 İyul 2023 21:34 HadisəAğdamda insan sümükləri aşkarlanıb.
Olaylar.az xəbər verir ki, bu barədəBaş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, sümük fraqmentləri minatəmizləmə işləri zamanı tapılıb.
"İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31