Bakının mərkəzindəki məşhur restoranda ölüm

Bakının mərkəzində - "Tarqovıy" adlanan ərazidə yerləşən "Dolma" restoranında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən restoranda Gürcüstan vətəndaşı, 1991-ci il təvəllüdlü Rafiq Yasin oğlu Abdullayev qəfil vəfat edib. Onun restoranda təmir işləri görərkən elektrik cərəyanının vurması nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31