Bakıda FACİƏ: pəncərə silən qız 8-ci mərtəbədən yıxılaraq öldü

Bakıda 18 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sentyabrın 19-da, Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirovanın pəncərələri silərkən ehtiyatsızlıqdan 8-ci mətəbədən yerə yıxılaraq ölüb.

"Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd olunub.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31