Avtomobil hasara çırpıldı, məktəbli və sürücü öldü - FOTO
19 Sentyabr 2022 20:11 HadisəGöyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu gün saat 18:00 radələrində Xəlitli kənd sakini, Elton Qasımovun idarə etdiyi 23-BN-169 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı minik avtomobili Göyçay-Ucar yolunda idarəetmədən çıxaraq hasara çırpılıb. Hadisə nəticəsində sürücü və mağazaya getmək üçün yolda avtomobili saxladaraq oturan sərnişini, Xəlitli kənd sakini, 2009-cu il təvəllüdlü məktəbli Murad İbrahimov aldıqları ağır xəsarətlər səbəbindən ölüblər.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31