Bakıda qadın bir yaşlı övladını yeməyinə zəhər qataraq öldürüb
12 Sentyabr 2022 10:28 HadisəBakıda qadın bir yaşlı övladını yeməyinə zəhər qataraq öldürüb.
Bu barədə Olaylar.az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31