Salyanda avtomobil təmiri sexi yanıb

Salyan rayonunda yanğın baş verib.

Olaylar.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qarabağlı kəndində ümumi sahəsi 270 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) tavanı 60 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31