Bakıda 18 yaşlı qız qaçırıldı

Bakıda 18 yaşlı qız qaçırılıb.

Olaylar.az qafqazinfoya istinadən xəbər verir ki, sentyabrın 7-də Yasamal rayonunda yaşayan 1977-ci il təvəllüdlü R.Əzizov həmin gün səhər saat 07 radələrində 2004-cü il təvəllüdlü qızının oğurlandığını bildirib. O, ilkin ehtimal kimi qızının Elmar adlı şəxs tərəfindən evlənmək məqsədilə oğurlandığını iddia edib.

Müraciətlə bağlı Yasamar RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31