Ana olan azyaşlıdan yeni xəbər var: Anası ondan imtina etdi
7 Sentyabr 2022 11:51 HadisəAzərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı bəzi məqamlar məlum olub.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Qızın atası rəhmətə gedib və anası ilə yaşayıb.
"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə bildirib ki, qızın anası nəvəsindən və öz qızından imtina edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu da qeyd edib ki, artıq məsələ ilə bağlı məlumat aidiyyəti qurumlarla birlikdə araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31