Bakıda inzibati binada yanğın başlayıb - VİDEO + ƏLAVƏ OLUNUB - 2

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın olması barədə məlumat daxil olub.

Olaylar.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın olması barədə məlumat daxil olub.

Olaylar.az bildirir ki, Nazirlikdən verilən məlumata görə,məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Bakıda binada yanğın başlayıb.

Olaylar.az bildirir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

İlkin məlumata görə, yanğın Ədliyyə Nazirliyinin Xətai rayon İcra probasiya şöbəsinin binasında başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31