Xaçmazda yanğın BAŞ VERİB

Xaçmaz rayonunun Sayad kəndində həyətyanı ərazidə quru ot, kol-kos 2 ha sahədə, qonşu həyətyanı ərazidə 5 ton ot bağlaması, yaxınlıqda, ümumi sahəsi 18 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 9 ton ot bağlaması və ümumi sahəsi 72 m² olan talvarın taxta atmaları yanıb.

Olaylar.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qonşu evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31