İranın Ərak şəhərinin zooparkında faciəli hadisə baş verib.
Olaylar.az xəbər verir ki, zooparkın əməkdaşı şiri yemləmək üçün qəfəsə daxil olarkən qəflətən onun hücumuna məruz qalıb. Şir zooparkın 38 yaşlı əməkdaşını parçalayıb və zooparkdan qaçıb. Zooparkın əməkdaşı həlak olub.
Həyata keçirilən tədbirlər nəticəsində zooparkın işçiləri şiri qəfəsə qaytarıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31