İranda COVID-19 ölənlərin sayı 132 356 nəfərə çatıb

İranda ötən sutka ərzində 23 nəfər koronavirusdan (COVID-19) ölüb.

Olaylar.az bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 356 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 16 757 nəfər koronavirusa yoluxub.

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6310452 nəfərə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31