İran “molla” rejiminin edama məhkum etdiyi azərbaycanlı alim Əhmədrza Calalinin səhhət pisləşib
26 Yanvar 2022 19:06 Güneyİran "molla" rejiminin edama məhkum etdiyi Azərbaycanlı alim Əhmədrza Calalinin sağlıq durumu pisləşib.
Bu barədə məlumatı Səftər Rəhimli öz facebook hesabında paylaşıb.
Tehran rejiminin edama məhkum etdiyi İsveç vətəndaşı olan azərbaycanlı alim professor Əhmədrza Calalinin sağlıq vəziyyəti ağırlaşıb.
Əhmədrza Calalinin həyat yoldaşı Vida Mehrannianın verdiyi məlumata görə Əhmədrza cərrahiyyə əməliyyatı keçirdikdən sonra sağlıq durumu pisləşib.
Mehrannia deyib ki, yanvarın 22-də kəskin bağırsaq xəstəliyi səbəbindən ağır vəziyyətdə xəstəxanaya aparılaraq əməliyyat olunan Calali bir gün sonra, yanvarın 23-də yenidən Evin zindanına qaytarılıb.
O deyib ki, bu Calali üzərində həyata keçirilən sayca ikinci cərrahiyyə əməliyyatıdır və bundan sonra onun psixoloji və fiziki ağırlaşıb.
Qeyd edək ki, 2016-cı ilin mayında elmi konfransda iştirak etmək üçün İrana səfər edən professor Əhmədrza Cəlali "Mossad-a casusluq ittihamı ilə" rejim tərəfindən yaxalanaraq edama məhkum edilib.