İran ABŞ-la birbaşa danışıqlara hazırdır - İbrahim Rəisi
25 Yanvar 2022 23:12 Güneyİran ABŞ-la birbaşa danışıqlara hazırdır, lakin bunun üçün Vaşinqton Tehrana qarşı sanksiyaları ləğv etməlidir.
Olaylar.az bildirir ki, bunu İran Prezidenti İbrahim Rəisi xalqa müraciətində deyib.
"Bu günə qədər birbaşa danışıqlar aparılmayıb. Lakin bu gün biz deyirik ki, əgər qarşı tərəf repressiv sanksiyaları ləğv etmək niyyətindədirsə, deməli, danışıqlar üçün yer var", - deyə İran Prezidenti bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31