İranda dəhşətli qar uçqunu: 1 nəfər öldü
18 Yanvar 2022 14:14 GüneyOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 18-də İranda Kərəc-Çalus avtomobil yolunda qar uçqunu baş verib, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.
Bu barədə İRNA agentliyi Əlborz vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi, polkovnik Bijan Cənnətiyə məlumat verib.
"Yanvarın 18-də səhər Tehran-Şimal avtomobil yolunun tikintisində qar uçqunu baş verib,Tikinti işçilərindən biri ölüb, ikisi müxtəlif dərəcəli xəsarətlər alıb"-Cənnəti IRNA-ya deyib.
Onun sözlərinə görə, yol polisi və fövqəladə hallar xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində xeyli insan xilas edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31