İranda Omicron ştamına yoluxanların sayı artır

İranda covıd-19-un Omicron ştamına yoluxanların sayı günü-gündən artır.

Olaylar.az bildirir ki, bunu İranın səhiyyə nazirinin müavini Səid Kərimi deyib.

O bildirib ki, ölkədə koronavirusun Omicron ştamına yoluxanların sayı 194 nəfərə çatıb.

Nazirin sözlərinə görə, Omicrona yoluxmuş şəxs 2-3 gün ərzində digər şəxsləri də yoluxdura bilər.

Qeyd edək ki, bundan öncə İranda Omicron virusuna yoluxanların sayının 159 nəfər olduğu bildirilib.

Mənbə: apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31