İranda 4,5 bal gücündə zəlzələ olub

İranda 4,5 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Zəncan, Qəzvin və Həmədan əyalətlərində hiss olunub.

Zəlzələnin mərkəzi Zərrinrud bölgəsində qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Zəlzələ bölgəsində əhalinin evlərindən kənarda gecələməsi ilə bağlı xəbərdarlıq olunub.

Mənbə: apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31