İran bu ölkələrə qadağa qoydu
27 Noyabr 2021 19:13 Güneyİran COVID-19-un yeni ştamı "Omicron"a görə altı Afrika ölkəsinə səyahət məhdudiyyətləri tətbiq edib.
Bu barədə İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya bildirib.
Qeyd olunub ki, İran Cənubi Afrika Respublikası, Botsvana, Zimbabve, Lesoto, Namibiya və Esvatiniyə səyahət qadağası tətbiq edib.
Bu ölkələrdən heç bir sərnişin qəbul edilməyəcək.
Həmçinin, vurğulanıb ki, bu yaxınlarda əraziyə gələnlərin iki PCR testi mənfi olmalıdır, əks halda onlar 14 günə qədər sərhəddə karantində saxlanılacaqlar.
Mənbə: qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31