Ayaqqabı bağlamasından narkotik maddə çıxdı

Olaylar İA xəbər verir ki, Türkiyədən Rusiyaya aparılan 4 qadın ayaqqabısı bağlamasından narkotik maddə tərkibli Psevdoefedrin adlı həblər çıxıb. Rusiyanın dövlət gömrük xidmətinin verdiyi açıqlamaya görə bağlamaların üzərindəki yazıya görə qutunun içərisində qadın ayaqqabıları olmalı idi. Ancaq bunun əvəzində bağlamalardan narkotik maddə tərkibli həblər çıxıb. Bağlamanın ağırlığı 22.6 kiloqramdır.

Mütəxəssislər həblər üzərində araşdırmalar aparıb. Rusiyanın gömrük xidməti Türk firması tərəfindən göndərilən bağlamaların DAF markalı yük maşını ilə gətirildiyini bildiriblər.

Hadisəylə bağlı ifadələr alınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31