İranda iki ardıcıl zəlzələ olub, 2 nəfər ölüb - VİDEO 18+

Bu gün yerli vaxtla saat 15.36 radələrində İranın Hürmüzgan əyalətinin Keşm qəsəbəsində 6,4 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 18 km dərinlikdə yerləşib.

Yerli vaxtla saat 15.37 radələrində isə Keşm qəsəbəsinin Laft bölgəsində 6,3 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

İranda baş verən 6,1 və 6,4 maqnitudalı zəlzələlər nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31