İran əhalisi prezident seçkilərinə böyük ümidlər bəsləyir VIDEO

İranda namizədlər arasında ikinci teledebat keçirilib

İranda prezidentliyə namizədlər ölkənin dövlət telekanalı ilə yayımlanan debatların ikinci turunda çıxış ediblər. 4 saat davam edən debatlar bu dəfə incəsənət və mədəniyyət mövzusuna həsr edilib. Debatların ilk turunda namizədlər ölkənin iqtisadi vəziyyətini müzakir ediblər və iqtisadi çətinliklərdən çıxmaq üçün öz təkliflərini irəli sürüblər.

İranın, ən yoxsul rayonlarından tutmuş, müasir qəsəbələrə kimi, bütün sakinlərin diqqəti qarşıdan gələn prezident seçkilərinə yönəlib. Beynəlxalq sanskiyalar ucbatından iqtisadiyyatı ağır zərbə almış İranda, səsvermə əhali üçün mühüm prioritetə çevrilib.

İqtisadi çətinliklər fonunda İranla Qərbin çəkişmələrini nəzərə alaraq, seçicilərin, dini liderləri daha mötədil mövqeyə gəlməsinə təkan verəcək namizədlərə, o cümlədən mərkəzçi Həsən Rohani və ya keçmiş vitse-prezident məhəmməd Riza Arifə üstünlük verəcəkləri mümkündür. Məhz mötədil yönümlü Rohani və Arifin dini rəhbərləri bir çox məsələlərdə güzəştə getmək potensialına malik olduğu hesab olunub.

İran KİV-ləri seçkilərdə namizədlər arasında Milli Təhlüksizlik Şurasını katibi və qərb dövlətləri ilə İranin nüvə danışıqlarına nümayəndəsi Səid Cəlilinin şansını yüksək qiymətləndirir. Ölkə boyu 66 000 seçki məntəqəsində keçiriləcək seçkilərdə İran xalqı növbəti 4 ilə dövlət başçısını seçəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31