Tehranda Azərbaycanın Müstəqillik Günü qeyd olunub VIDEO
İranın Azərbaycandakı keçmiş səfiri: "İran və Azərbaycan qardaşdan da yaxındır"
29 May 2013 07:13 GüneyBu gün Tehranda Azərbaycanın müstəqilliyi qeyd olundu. Diplomatlar Azərbaycanın Tehrandakı səfirliyinə toplaşmışdılar. Azərbaycanın müstəqilliyinin 95-ci illiyinin qeyd olunduğu mərasimə İranda akreditə olunan 50-dən artıq səfir gəlmişdi. Mərasimə həmçinin İran rəsmiləri, ölkə ictimaiyyətinin nümayəndələri, elm və sənət adamları qatılmışdılar. Azərbaycanın və İranın dövlət himnləri səslənəndən sonra səfir Cavanşir Axundov çıxış edərək müstəqilliyimizin keçdiyi tarixi yol barədə danışıb. İran Xarici İşlər Nazirinin müavini Abbas Ərağçi isə ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu xatırlatdı.Azərbaycanda uzun müddət İranın səfiri olmuş Əhəd Qəzai hesab edir ki İran və Azərbaycan qardaşdan da yaxındır. O, Azərbaycanın uğurlarını qürurla xatırlayır və hər iki tərəfi kənar qüvvələrin təxribatlarına uymamağa cagırır.Tədbirin sonunda İrandakı "Dədə Qorqud" aşıqlar qrupunun ifasında Azərbaycanın şanına beyitlər səsləndirildi.