Prezidentliyə namizəddən iqtisadi problemlərlə bağlı vəd

İran prezidentliyinə namizəd ölkənin iqtisadi problemlərinə diqqət yetirəcəyini söz verir

İran prezidentliyinə namizəd Əli Əkbər Vilayəti prezident seçildiyi təqdirdə ölkənin iqtisadi problemlərinə diqqət verəcəyini qeyd edib. Bu barədə Trend "Press TV" telekanalına istinadən məlumat verir.Vilayəti Tehranda əhaliyə müraciət edərək bildirib ki, artan inflyasiya və işsizlik məsələsini həll edəcək.Onun sözlərinə görə, hamı qiymətlərin kəskin artmasından şikayət edir."İran Mərkəzi bankının məlumatına görə, bir ay ərzində ölkədə inflyasiyanın səviyyəsi 40 faiz, bir il ərzində inflyasiyanın səviyyəsi 30 faiz və işsizliyin səviyyəsi - 24 faiz təşkil edib", - Vilayəti əlavə edib.O, həmçinin qeyd edib ki, istənilən iqtisadi planlar iqtisadçılar tərəfindən qəbul edilməlidir və prezident maliyyə və ya maliyyə-kredit siyasətinə qarışmamalıdır."Prezident yalnız idarəetmə məsələləri ilə məşğul olmalıdır", - Vilayəti bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31