İranda 5,1 bal gücündə zəlzələ qeydə alınıb. "RİA Novosti"-nin xəbərinə görə, bu barədə ABŞ-ın Geoloji xidməti məlumat yayıb. Seysmoloqlar yeraltı təkanların episentrinin Gəraş şəhərindən 72 km cənub-qərbdə, yer səthinin 9,8 km dərinliyində qeydə alındığını açıqlayıblar. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31