İki iranlı ABŞ və İsrailin xeyrinə casusluqda ittihama görə asılıb
19 May 2013 20:05 Güneyİki iranlı ABŞ və İsrailin xeyrinə casusluqda ittihama görə, bazar günü Tehranda edam edilib. Bu barədə Trend İran prokurorluğuna istinadən məlumat verir.Məhəmməd Heydəri (Mohammad Heydari) "Mossad"la (İsrail xarici kəşfiyyatı) dəfələrlə görüşlər zamanı təhlükəsizlik və milli sirlər barədə kəşfiyyat məlumatlarını ötürərək aldığı pula görə ölüm cəzasına məhkum edilib.
Koruş Əhmədi (Koroush Ahmadi) " MKİ-yə müxtəlif aspektlər üzrə kəşfiyyat məlumatlarının təqdim edilməsinə görə, asılıb.
Digər təfərrüatlar bildirilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31