İranda qadınlara növbəti qadağa qoyuldu
İslam Respublikasında keçiriləcək prezident seçkilərində qadınlar öz namizədliyini irəli sürə bilməzlər
17 May 2013 06:57 Güneyİranda iyunun 14-də keçiriləcək prezident seçkilərində qadınlar öz namizədliyini irəli sürə bilməzlər. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, belə bir qərarı İslam Respublikasının Konstitusiya İdarəsi qəbul edib.İran Konstitusiya İdarəsinin şura üzvü Məhəmməd Yəzdi bildirib ki, yeni qəbul edilmiş qanuna görə, qadınlar prezidentliyə namizədliyini irəli sürə bilməyəcəklər.Qeyd edək ki, hazırda İranda keçiriləcək prezident seçkilərinə 30 qadın namizədliyini irəli sürüb. Ancaq onların heç biri hələki təsdiqlənməyib. Ümumlikdə isə seçkilərdə namizəd kimi iştirak etmək üçün 686 nəfər qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31