İran titrədi
Budəfəki zələzələnin 4,5 bal gücündə olub
16 May 2013 09:16 GüneyGecə saatlarında İranda zəlzələ baş verib. APA-nın Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, təbii fəlakətin episentri Hörmüzqan vilayətinin Gövhəran şəhəri olub. 4.5 bal gücündə olan zəlzələ yerli vaxtla saat 20:39-da (Bakı vaxtı ilə 21:09-da) yerin 10 km dərinliyində meydana gəlib. Təbii fəlakət Gövhərandan 31 km, Manucandan 66 km, Minabdan 75 km və Tehrandan 1152 km uzaqlıqda baş verib.Bundan əlavə, həmin gün yerli vaxtla saat 23:21-də (Bakı vaxtı ilə 23:51-də) Hörmüzqan vilayətinin Gövhəran şəhərində daha bir zəlzələ baş verib. 4.0 bal gücündə olan zəlzələ yerin 20 km dərinliyində meydana gəlib. Təbii fəlakət Gövhərandan 25 km, Manucandan 76 km, Qalə gəncdən 77 km və Tehrandan 1163 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, son günlərdə İranın Hörmüzqan vilayətinin Gövhəran şəhərində irili-xırdalı yüzlərlə yeraltı təkan qeydə alınıb.