Xaricdə yaşayan iranlılar prezident seçkilərində səs verə biləcəklər
14 May 2013 11:01 GüneyDigər ölkələrdə yaşayan İran vətəndaşları ölkədə keçiriləcək prezident seçkilərində iştirak edə biləcəklər. Bu barədə Trend çərşənbə axşamı "Fars" agentliyinə istinadən məlumat verir.İranın xarici ölkələrdəki səfirlikləri xüsusi seçki məntəqələri yaradacaqlar. Onlar seçki günü yerli vaxtla səhər saat 08:00-da fəaliyyətə başlayacaqlar.Xarici işlər nazirinin müavini, İranın Xaricdə seçkilər üzrə müşahidə şöbəsinin rəhbəri Həsən Qaşqavi ümid etdiyini bildirib ki, digər ölkələrdə yaşayan İran vətəndaşları seçkilərdə fəal iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31