İran «Röyter»in yerli bürosuna icazə verdi
13 May 2013 11:42 Güneyİran hakimiyyəti "Röyter" informasiya agentliyinin ölkədə fəaliyyətini bərpasına icazə verib.Lent.az-ın "Frans Press"-ə istinadən məlumatına görə, 2012-ci ilin martında Tehran hakimiyyəti agentliyi akkerditasiyadan məhrum etmişdi.İslam Respublikasının islam irşadı və mədəniyyət naziri Məhəmmədcəfər Məhəmmədzadə bildirib ki, məhkəmə "Röyter"-in Tehranda bürosunu yenidən açmağa icazə verib. O,qərarın qəbul edildiyi tarixlə bağlı açıqlama verməyib.Xatırladaq ki, döyüş sənətini öyrənən qadınlarla bağlı "Muzdlu qatil olmaq üçün minlərlə qadın-nindza məşq edir" başlıqlı video -süjetə görə agentliyin İranda fəaliyyəti yasaqlanmışdı. Düzdür sonradan bu başlıq belə dəyişmişdi : "İranda 3 min qadın-nindza məşq edir".Bununla belə İslam Respublikasının rəhbərliyi qərarını dəyişməmişdi.