İran XİN sözçüsü də prezident olmaq istəyir

Ramin Mehmanpərəst İran Xarici İşlər Nazirliyinin sözçüsü vəzifəsindən istefa verib.APA-nın İRİB-ə istinadən məlumatına görə, buna səbəb onun prezident seçkilərinə qatılmasıdır. Belə ki, R. Mehmanpərəst mayın 11-də prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahına ərizə ilə müraciət edib.Qeyd edək ki, İranda prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31