İran «çörək pulunu» ləğv edib

İran təqvimi ilə cari ildən (İranda yeni təqvim ili martın 21-dən başlayır) çörəyə verilən subsidiyanı ləğv edib.Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, subsidiyaların islahatı mənzil -qərargahının başçısı Məhəmmədrza Fərzin bildirib ki, ötən il çörəyin qiyməti artdığından vətəndaşlara xüsusi subsidiya verilirdi. Ancaq bu il qiymətlər artmayacaq, subsidiyada dayandırılacaq.Xatırladaq ki, 2012-ci ilin iyununda hakimiyyət 9 ay ərzində hər iranlı ailəyə 23 dollara yaxın "çörək pulu" (subsidiya) verirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31