İranla Azərbaycanın arasını vurmaq istəyirlər
Nazir: “Tehran heç vaxt buna imkan verməyəcək"
5 May 2013 22:20 GüneyTehran və Bakı arasında münasibətləri korlamağa cəhd edən müəyyən qüvvələr var. Bu barədə İranın müdafiə naziri, briqada generalı Əhməd Vahidi bildirib.Onun sözlərinə görə, müəyyən qüvvələr İranın qonşu ölkələr, o cümlədən Azərbaycanla qarşılıqlı münasibətlərini pozmağa cəhd edirlər. "Lakin Tehran heç vaxt buna imkan verməyəcək", - nazir deyib.
Vahidi qeyd edib ki, qonşu ölkələrlə əməkdaşlığın və dost münasibətlərinin qurulması rəsmi Tehranın xarici siyasətinin əsas prinsiplərindən biridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31