İrandakı zəlzələ Naxçıvana çatdı, ölənlər var - YENİLƏNİB
İranın Mərənd şəhərində 5,2 bal gücündə zəlzələ baş verib
18 Aprel 2013 23:40 GüneyTəbrizdə də hiss olunub. Bu barədə Trend İran KİV-ə istinadən məlumat verir.IRIB telekanalının məlumatına görə, zəlzələ nəticəsində üç nəfər həlak olub.AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 15:39-da Naxçıvandan 82 km cənub-qərbdə, İran İslam Respublikasının ərazisində Mərənd şəhərindən 21 km cənub-qərbdə zəlzələ qeydə alınıb.Zəlzələnin maqnitudası 5,2 bal təşkil edib. Zəlzələ yerin 10 km dərinliyində baş verib.Zəlzələ Azərbaycan ərazilərində hiss ollunub. Belə ki, zəlzələnin təsiri Naxçıvan və Ordubad ərazisində 3 bala qədər hiss olunub.Qeyd edək ki, bu, son 10 gündə İran ərazisində qeydə alınan üçüncü zəlzələdir. Zəlzələlər nəticəsində 33 nəfər ölüb, 877 nəfər yaralanıb.