Güneyli fəallar azadlığa buraxıldı

Həbsdə olan Güney Azərbaycan Milli Hərəkatının fəallarından Mehdi Kuxeyan və Oqtay Vəlizadə müvəqqəti olaraq sərbəst buraxılıblar. Güneyli fəal Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə, onlar ardıcıl olaraq 40 milyon və 100 milyon mülki vəsiqə qoyaraq azad olunublar. Qeyd edək ki, Vəlizadə Marağanın birinci inqilab məhkəməsi tərəfindən 8 il, Kuxeyan isə 1 il cəza almışdılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31