"İran filmlərində azərbaycanlılar mədəniyyətsiz və oğru kimi təsvir edilirlər”

Türkiyədə mühacirətdə yaşayan cənublu rejissor Vəhid Azərnəvid Amerikanın Səsi ilə müsahibədə çəkdiyi filmlər, iyul ayında çəkilişlərini başlayacağı "Min qəzəb-bir eşq" adlı yeni filmi və İran Azərbaycanında kino sənətinin durumu haqda danışıb."İranda Cənubi Azərbaycan sinemasının yaranmasına imkan olmayıb. 1990 ilindən öncə azərbaycanlı rejissor Yədulla Səmədinin folklor və tarixi hekayələr üzərində çəkdiyi iki türkcə film ekran eilib ancaq Azərbaycan Milli Hərəkatı başladıqdan sonra Azərbaycan dilində film çəkilməyib," deyə Vəhid Azərnəvid bildirir. "1990-dan öncə, cənublulərin diqqətini Şimali Azərbaycan filmlərindən yayındırmaq üçün, bir-iki filmin çəkilməsinə icazə verilmişdi. Ancaq ondan sonra o növ filmlərin də milli düşüncəni gücləndimək istiqamətində təsirindən qorxdular."İranda Cənubi Azərbaycan kinematoqrafiyasının yaranmasına imkan olmayıb. 1990-cı ildən əvvəl  azərbaycanlı rejissor Yədulla Səmədinin folklor və tarixi hekayələr üzərində çəkdiyi iki azərbaycanca film ekranlaşdırılıb, ancaq Azərbaycan Milli Hərəkatı başladıqdan sonra Azərbaycan dilində film çəkilməyib.Üzərində çalışdığı, təbrizli bir mühacirin hekayəsini anladan "Min qəzəb-bir eşq" adlı yeni film layihəsini "Cənubi Azərbaycanın ilk kino filmi" olaraq qiymətləndirən gənc rejissor "Cənubi Azərbaycan filmi Cənubi Azərbaycandakı problemlərdən söz açmalıdır. Azərbaycan hərəkatından bəhs etməlidir. Bu günə qədər belə bir film çəkilməyib,"deyə rejissor əlavə edir.Onun sözlərinə görə, İran filmlərində azərbaycanlıların imici basqılara məruz qalır: "İranda çəkilən filmlərdə azərilər aşağılanır, kültürsüz və oğru kimi təsvir edilir. Ancaq "Min qəzəb-bir eşq" filmi qəhrəmanının düşüncəsi var. O həyatı ittiham edir."
2012 ilində çəkilən və Azərbaycan Respublikasında qaçqın həyatı yaşayan cənublulara həsr edilmiş "Qara Günlər" sənədli filminin rejissoru əsərlərində qaçqınlar mövzusuna üstünlük verməsinin səbəbini belə açıqlayır: "Mən də başqa film rejissorları kimi, əsərlərimi yaradanda öz həyatımdan ilham alıram və ətrafımda gördüklərimi əks etdirirəm."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31